Aqrar sahədə məhsuldarlığın artımı üçün kompleks aqrotexniki xidmətlər tətbiq edilir (FOTOLAR)

Aqrar sahədə məhsuldarlığın artımı üçün kompleks aqrotexniki xidmətlər tətbiq edilir (FOTOLAR)
Azərbaycanda payızlıq əkin sahələrinin şumlanması prosesi başa çatıb. Respublika üzrə ümumilikdə 1 milyon hektardan artıq sahədə şumlanma həyata keçirilib.

"Aqroservis” Açıq Səhmdar Cəmiyyəti ölkədə taxılçılığın inkişafı və yüksək məhsuldarlığın əldə edilməsi məqsədilə biçin prosesində olduğu kimi əkin mövsümündə də müxtəlif aqrotexniki işlərin yerinə yetirilməsi üçün fermerləri tələbata uyğun texnika ilə təmin edib. Bu il Səhmdar Cəmiyyət tərəfindən traktor, müxtəlif gövdəli kotanlar, gübrə və taxıl səpən və digər aqreqatlardan ibarət ümumilikdə 800-ə yaxın texnika payızlıq əkinlərin həyata keçirilməsi prosesinə cəlb edilib.

Səhmdar Cəmiyyət payızlıq əkinlərin aqrotexniki normalara uyğun becərilməsi üçün kompleks xidmət paketi tətbiq edir. Göstərilən aqrotexniki xidmətlərlə yanaşı, mineral gübrələrin səyyar xidmətini təşkil etməklə fermerləri payızlıq əkinlər üçün lazımı olan mineral gübrələrlə təmin ediblər. Fermerlər mineral gübrələri "Fermer Kartı” ilə ilə heç bir ödəniş etmədən əldə edirlər.

Payızlıq əkinlərin düzgün becərilməsi üçün növbəti mərhələdə "Aqroservis” ASC tərəfindən fevral ayından etibarən yemləmə gübrələrinin – ammonium nitrat, karbamid gübrələrinin və zərərvericilərə qarşı müxtəlif pestisidlərin səyyar satış xidmətləri həyata keçiriləcək.
 





















www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti