Aqata Əlizadə: "Rəsm - bu, çox əyləncəli prosesdir" - MÜSAHİBƏ+FOTO

12 Fevral 2014, 18:24
12 Fevral
2014
18:24
718
Rüstəm QasımovAqata Əlizadənin əl işləri öz parlaqlığı, istiliyi və ifadəliliyi ilə adamları sevindirir. Rəssamın demək olar ki, bütün əsərlərindən müsbət energy axır.ANN.Az həm istedadlı rəssam, həm də dekorativ boşqabların rəngləməsiylə, yolka oyuncaqlarının, vazaların, şamdanların, boşqabların və naxışlı butulkaların hazırlanması ilə məşğul olan Aqata Əlizadə ilə müsahibəni oxucuların diqqətinə təqdim edir.- Nə vaxtdan rəssamlıqla məşğulsunuz?- Ümumiyyətlə, çoxdan rəsm çəkirəm. Həmişə də incəsənət məktəbinə getmək istəmişəm, amma valideynlərimin məni ora aparmağa vaxtı yox idi. Sonra ağır 90-cı illər başladı, yaxşı məktəblər azaldı, pedaqoqlar yox səviyyəsində idi. Bir sözlə, incəsənət məktəbinə gedə bilmədim. Yeddi il əvvəl təsadüfən incəsənət mağazasına daxil oldum, rənglər, qalın kətanlar aldım və rəsm çəkməyə başladım. Heç rənglərin qarışdırılma texnikasını da bilmirdim, rənglər necə durulaşdırılır, qalın kətanlar necə olur və onlar bir-birindən nə qədər fərqlənirlər və s. Hər şeyi özüm öyrənməli oldum və arzularıma və məqsədimə əsaslanaraq sınaqlar və səhvlər yolu ilə rəssamlığın əlifbasına yiyələndim.- Belə çıxır ki siz hər yeni əl işinlə bərabər təkmilləşmə keçmisiniz?- Rəsm çəkmə – bu, çox əyləncəli prosesdir. Vaxt ötdükcə, işdən-işə texnikanın necə dəyişdiyini müşahidə edirsən. İlk rəsmlərim sonunculardan kəskin şəkildə fərqlənir. Məsələn, rəngləri qarışdırmaq baxımından. Əvvəl bunu çətin bacarırdım. İlk işlərim rəng çalarlarıyla fərqlənir. Onlar bir az başqa cürdür. Hazırda rəngləri qalın kətanda qarışdırıram. Palitradan da istifadə edirəm, əlbəttə, amma qalın kətanda daha çox maraqlıdır. Sən rənglərin uyğunlaşmasını və bütöv bir kompozisiyanın yaranmasını görürsən. Bu hissləri sözlə ifadə etmək mümkün deyil.- Siz hansı texnikadan və rənglərdən istifadə edirsiniz?- Öz işimdə bir neçə texnikadan istifadə edirəm. Həm fırçayla, həm barmaqlarımla, həm də mastixinlə rəsmlər çəkirəm. Rəng seçiminə gəlincə, bu, mənim əhval-ruhiyyəmdən asılıdır. Rəngləri qatışdırıram, uyğun rəng seçməyə çalışıram, bir sözlə, cadugərlik edirəm (gülür).- Bir rəsmin çəkilməsinə nə qədər vaxtın gedir?- Müxtəlif olur, elə olur bir neçə həftə, elə də olur bir neçə il. Ev kolleksiyamda elə rəsmlər var ki, onların üzərində 3 il fasilələrlə işləmişəm. Amma əsas amil əhval-ruhiyyədir, yaradıcılığım və rəsmin hansı müddətə tamamlanması ovqatımdan asılıdır.- Sizin rəsmlərinizin süjet xətti adətən nə olur?- Öz əl işlərimdə eyni süjet xəttindən istifadə etmirəm. Buna görə siz çətin ki, mənim iki bənzər rəsmimi tapa biləciniz. Portretlərdən başqa hər şey çəkirəm. Prinsip etibarilə, mənə daha yaxın impressionizmdir. Amma deyə bilmirəm ki, məhz bu istiqamətdə rəsm çəkirəm. Məndə minimalizmə yaxın çox abstrakt elementlər və hissələr var.- Siz nə çəkmək istədiyinizi əvvəlcədən bilirsiniz, yoxsa bu iş prosesində bədahətən gəlir?- Əgər rəsmlərdən danışırıqsa, onda bu artıq iş zamanı olur. Ümumi ideyanı beynimdə canlandırıram, amma bütün qalan şeylər artıq iş prosesində yaranır. Çox tez-tez bir rəsmi çəkməyi düşünürəm, amma sonra görürəm ki, təsəvvürümdəki alınmadı, tamam başqa istiqamətə gedəsi oldum.- Günün hansı vaxtı yaradıcılıq prosesi daha səmərəli gedir?- Bu, gecə olur, çünki gündüz işləyirəm, buna görə də rəsm çəkməyə vaxtım olmur. İşdən sonra ev işləriylə məşğul oluram, dərslərində qızıma kömək edirəm. Gecə evdəkilər yatdıqdan sonra isə işləməyə başlayıram. Bəzən başım işə elə qarışır ki, vaxtın necə getməsindən xəbərim olmur. Elə olur ki, gecə yarısına, səhər 5-ə kimi oturub rəsm çəkirəm. Amma hazırda hər şey sifarişlərin miqdarından asılıdır. Nə qədər çox sifariş olsa, bir o qədər işləməli oluram.- Bəs dekorativ boşqabların rənglənməsiylə nə vaxtdan məşğul olmağa başladınız?- Bu, mənim həyatımda baş verən bütün yaxşı işlər kimi, çox gözlənilməz oldu. Bu ideyanın necə yaranmasını dəqiq xatırlamıram. Supermarketdə idim, orada bir neçə ağ boşqab gördüm və həmin boşqablardan bir neçə ədəd aldım. Axşam boş idim və rəsm çəkmək qərarına gəldim. Sonra rəfiqəm gəldi və dedi: "Belə gözəllik sadəcə insanların xoşuna gəlməyə bilməz, ona görə də evdə rahatlığı yaratmağı sevən aksessuar həvəskarlarına dekorativ boşqabları, bəzəkləri göstərmək lazımdır". Hər şey də elə bundan başladı. Mən "Facebook" sosial şəbəkəsində Neat&Easy adlı səhifə açdım, bu səhifəyə bütün arzu edənlər tamaşa edə və onların xoşuna gəlmiş işi sifariş edə bilərlər. Sonra yolka oyuncaqları, boşqabların quraşdırılması, naxışlı butulkalar, vazlar, şamdanlar və s. ideyalar günü gündən çoxaldı.Amma qeyd etmək istəyirəm ki, birinci naxışlı boşqablar sonrakılardan fərqlənir. Bəlkə də ətafdakılar bunu o qədər də sezmirlər, amma mən bu prosesə çox tələbkar yanaşıram, buna görə daim təkmilləşməyə, yeni nəsə yaratmağa, qeyri-adi nəyisə təcrübədən keçirməyə çalışıram. Boşqablar həmçinin texnikasıyla fərqlənir, axı indi mən rənglərlə oynayıram, onları həll edirəm, qarışdırıram.- Hədiyyə boşqablarını hansı texnika ilə yazırsınız?- İş prosesində mən akrildən və vitraj rənglərindən istifadə edirəm. Başlanğıc üçün mən şəkili karandaşla çəkirəm, sonra, əgər şəkil bunu tələb edirsə, onun konturla dairələyirəm. Konturlar olduqda, rəsm çəkmək sadələşir. Hətta xüsusi akril konturlar mövcuddur, amma mən onlardan istifadə etmirəm, çünki bu halda şəkil bir qədər kobud alınır. Amma əgər mən tərəfdən seçilmiş şəkil kontur tələb edirsə, onda onu fırça ilə çəkirəm. Bu, daha mürəkkəbdir, amma əldə edilmiş nəticə daha çox xoşuma gəlir.- Siz dekupaj texnikasından istifadə edirsinizmi?- İstifadə edirəm, mənim dekupaj texnikası ilə gördüyüm işlər var. Dekupajın fərqi ondan ibarətdir ki, bu, artıq xüsusi kağızda hazır şəkildir, bəzən düyü kağızında, bəzən də xüsusi salfetlərdə, həmçinin adi salfetlərdən də istifadə etmək mümkündür, hansılar ki, predmetin səthinə yapışdırılırlar. Bunun mütləq şüşə olması vacib deyil. Əsas odur ki, şəkil rəngləmə tələb etmir. Sadəcə yapışdırılır və lakla örtülür.- Bir boşqabın rəngləməsinə nə qədər vaxt gedir?- Bir gün bəs edir. Hətta orta hesabla buna təxminən 3-4 saat vaxtım gedir. Sonra boşqab sobaya qızdırılmağa gedir ki, rəng qurusun. Sonra soyuma və qurutma prosesi gedir. Rəng çökməlidir. Bir gün sonra onu lakla örtürəm, sonra o, təxminən iki günə quruyur.Amma yenə də, hər şey mənim tərəfimdən seçilmiş şəkildən asılıdır. Bəzən şəkillər bir neçə personajla kifayət qədər mürəkkəb olur, məsələn, "Vinni Pux dostları ilə" kimi multiplikasiya seriyaları. Orada bir çox mürəkkəb detallar var, ona görə belə kompozisiyalara çox vaxt gedir.- Siz boşqablar üçün süjetləri necə seçirsiniz və onlardan hansı birinci idi?- Mən boşqabları süjetlər üzrə çəkirəm və əksər hallarda bütöv seriyalarla. Bu, çox maraqlıdır. "Kirpi dumanda" belə olmuşdu. Mənə eyni adlı multfilmdən personaj sifariş etdilər. Onun təsviriylə naxışlı boşqab böyük uğur qazanmışdı, buna görə tezliklə bu cizgi filminin bütün personajlarıyla seriya hazırladım. Eyni hadisə Vinni Puxla da oldu. Xüsusən köhnə mehriban multfilmlərin motivləri üzrə seriyalar çəkməyi xoşlayıram, çünki orda müdriklik, istilik və xeyir var, bizimsə bunlara ehtiyacımız çoxdur. İlk sifarişim "Kirpi dumanda" olub, ən birinci şəkil isə yanan şamın təsviri əks edilmiş yeni il boşqabı idi.- Hədiyyə boşqablarının rəngləməsi ilə nə vaxtdan məşğulsunuz?- Mən artıq iki aydan çoxdur boşqabların rənglənməsi ilə məşğulam. Bu vaxt ərzində bir çox kompozisiya hazırlamışam. Əgər saysaq, təxminən 100 boşqab olacaq.- Siz nəinki boşqabları, həm də stəkanları rəngləyirsiniz. Bu ideya necə yarandı?- İdeya boşqabların rəngləməsi haqqında fikirlə paralel yarandı. Mən tez-tez bir neçə elementdən ibarət kompozisiya təşkil edirəm, bunun bir hissəsi adətən bu və ya digər bir seriyanın multiplikasiya personajları olan stəkan olur.- Süjetlərin seçimi zamanı siz ilin mövsümləri və bayramlar üzrə seçimlər edirsiniz?- Bəli. Yeni il ərəfəsində mövzu yeni il idi. Hazırda, müqəddəs Valentin Gününün yaxınlaşması ilə əlaqədar olaraq, eşq süjetləri olan boşqablara böyük tələbat var. Sonra 8 mart və Novruz bayramı gəlir. Hər bayrama mən müxtəlif kolleksiya hazırlamağa çalışıram.- Hansı multiplikasiya personajı daha məşhurdur?- Hansısa bir personaj qeyd etmək çətin məsələdir. Müxtəlif kolleksiya var, ona görə də nəyə daha çox tələbatın olmasını izləmək müşküldür. Xüsusən də müqəddəs Valentin Günü ərəfəsində. Amma ən məşhur sovet multfilmlərindən birinin baş qəhrəmanı "Dumanda Kirpi" həmişə aktualdır, çünki orada çox gözəl sözlər var "Əgər sən yoxsansa, onda mən də yoxam".- Dekorun o elementlərindən danışın ki, məhz sizə aiddir.- Ümumiyyətlə, dekor elementlərinin sayını artırmağı planlaşdırıram. İndi boşqablar, şamdanlar, vazlar, mətbəx üçün müxtəlif panno hazırlayıram. Ən yaxın vaxtda vanna otaqları üçün seriya yaratmağı planlaşdırıram, burada çoxlu maraqlı şeylər olacaq. Bütün sirləri açmayacam, birini deyəcəm – orada təbii daşlar, balıqqulağılar və təbii naxışlı elementlər olacaq.- Gələcəklə bağlı hansı planlarınız var?- Bu il payıza yaxın şəxsi sərgi təşkil etməyi planlaşdırıram, bura yalnız şəkillər deyil, həm də naxışlı boşqablar daxil olacaq.- Siz nədən ilhamlanırsınız?- Yaşamaqdan, nəfəs almaqdan və təbii ki, öz qızıma və sevimli insanlarıma sevgidən... ANN.Az
Xəbər lenti
-
09:26Azercell ilə TikTok indi daha əlçatandır!
-
17:14Azərbaycanda yoluxma 300-ə yaxınlaşdı
-
16:07Prezident iki qanunda dəyişiklikləri təsdiqlədi
-
15:46Azərbaycanda indiyədək neçə nəfər vaksinasiya olunub?
-
14:56Mart ayının hava proqnozu
-
14:10Qarabağa böyük qayıdış üzrə İşçi Qrup yaradıldı (SİYAHI)
-
13:42Vilayət Eyvazov polkovnik-leytenanta yeni vəzifə verdi
-
13:27Xocavənddə erməni hərbçilərin atıb qaçdığı silah-sursat aşkar edilib
-
13:21İlham Əliyevdən Fikrət Sadıxovla bağlı sərəncam
-
12:26Sabah hava necə olacaq?
-
11:24Məşhur erməni ABŞ yığmasına keçdi
-
10:59Bakı Metropoliteni: "Sərnişinləri hər an qarşılamağa hazırıq"
-
10:38Qubadlının Əfəndilər kəndinin görüntüləri (FOTO/VİDEO)
-
10:20Azərbaycanda böyük əfv: Kimlər azadlığa çıxa bilər?
-
10:07Azərbaycan nefti ucuzlaşdı
-
10:00Əfv Məsələləri Komissiyası yenidən toplanır
-
09:20Azərbaycanda vəzifəli şəxs vəfat etdi (FOTO)
-
16:44İlham Əliyev Ərdoğana zəng etdi
-
16:34Noyabrın 13-dən bu günə qədər Ermənistana neçə hərbçinin meyiti verilib?
-
16:29Avropa Liqası: 1/8 finalın püşkü atıldı
-
16:26Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan "www.khojalytoday.com" saytı təqdim edilib (FOTO)
-
16:17Prezidentin köməkçisindən açıqlama: Karantin sərtləşdirilir?
-
16:13Kremldən Qarabağ açıqlaması: Razılaşmanın pozulma təhlükəsi var?
-
15:54Azərbaycanda yoluxma yenidən 200-ü keçdi, ölənlər var
-
15:18Prezidentin mətbuat konfransı 4 saatdan çox davam edib (YENİLƏNİB/VİDEO)
-
14:41Rusiya Dövlət Dumasının komitə sədri: “Xocalı faciəsi mahiyyətcə soyqırımıdır”
-
13:46Prezidentin mətbuat konfransında İranlı jurnalist özünü pis vəziyyətə saldı
-
13:33Bakıda güclü külək əsəcək (XƏBƏRDARLIQ)
-
13:31Sabahın hava proqnozu
-
13:25Birinci-vitse prezidentinin köməkçisindən hərbçilərin maaşları ilə bağlı açıqlama
-
13:05Azərbaycan Prezidenti: “Bundan sonra da çalışacağıq ki, dünya ölkələri Xocalını rəsmən soyqırımı kimi tanısın”
-
12:42Ərdoğandan Xocalı paylaşımı: “İllər keçsə də acısını unutmayacağımız..."
-
11:53Prezident və birinci xanım “Ana harayı” abidəsini ziyarət etdi (YENİLƏNİB)
-
11:42Rza Deqqəti: "Qarabağ müharibəsində gördüklərimi unuda bilmirəm"
-
11:28İlham Əliyev Ermənistanda baş verənlərə münasibət bildirdi
-
10:05Vilayət Eyvazov polis mayoruna yeni vəzifə verdi
-
09:40Mehriban Əliyeva: "Xocalı soyqırımı kimi faciələr unudula bilməz"
-
09:16Xocalı soyqırımından 29 il ötür
-
17:07Azərbaycanda yoluxma kəskin azaldı, sağalanlar yoluxanları üstələdi
-
16:59Vəzifəli şəxslər işğaldan azad edilmiş ərazidə qəzaya düşdü: Yaralılar var
26 Fevral 2021
25 Fevral 2021
Digər xəbərlər
-
Mədəniyyət, Fotolar
Xalq artisti Lənkəranda dəfn edildi (FOTO)
-
Mədəniyyət, Fotolar, Vİdeo
ARB və Aygün Səmədzadədən "Həsrətə son" - Sənət Qarabağa qayıdır (FOTO/VİDEO)
-
Mədəniyyət, Fotolar
“Keşikçidağ”da tarixi abidələr aşkarlandı (FOTOLAR)
-
Mədəniyyət, Fotolar, Vİdeo
Rilayadan Şuşaya aid möhtəşəm ifa: “Dəyər Ver”in növbəti layihəsi (VİDEO)
-
Mədəniyyət, Fotolar, Qaynari.nfo
Azərbaycanlı fotojurnalist Nəsiminin məqbərəsinindən yeni fotolar yaydı
-
Mədəniyyət, Fotolar, Vİdeo
Azərbaycanlı ifaçılar Vyanada Milli Musiqi Günü münasibətilə konsert veriblər (FOTO/VİDEO)
-
Mədəniyyət, Fotolar, Vİdeo
“CinemaPlus”da MDB-dən olan sosial şəbəkə fəalları üçün “JARA” filminin nümayişi keçirilib (VİDEO)
-
Mədəniyyət, Fotolar
Mehriban Əliyeva və Leyla Əliyeva konsertdə (FOTOLAR)
-
Mədəniyyət, Fotolar
Erkin Ergin FENOMEN seçildi (FOTOLAR)