ANN.Az-dan maraqlı layihə: Musiqisevərlərə müjdə!

ANN.Az-dan maraqlı layihə: Musiqisevərlərə müjdə!
ANN.Az xəbər portalı daha bir maraqlı layihəyə start verib.Belə ki, portal Azərbaycan musiqisinin təbliği məqsədi ilə Azərbaycan və ingilis dillərində www.Music.ann.az saytını istifadəyə verib.Saytdan Azərbaycan xalq mahnılarını, klassik musiqi əsərlərini, caz , bəstəkar mahnılarını yükləmək, tanınmış bəstəkar və ifaçılar haqqında avtobioqrafik məlumatları, xəbərləri oxumaq olar.Bundan əlavə, saytda bəstəkar və ifaçıların fərdi yaradıcılıq bloqları açılır. Hər bloqda adı keçən sənətçinin əsərləri, haqqında məlumat, fotoları və onunla bağlı xəbərləri toplanır. Saytı ənənəvi mp3 portallarından fərqləndirən yalnız çoxsaylı funksiyaları deyil, həm də məzmunudur. Belə ki, www.music.ann.az - da yalnız ciddi musiqiyə yer verilir və profilinə görə Azərbaycan internet məkanında yeganə layihədir.Sayt hər gün yenilənir.Qeyd edək ki, ANN.Az portalı buna qədər bir neçə maarifləndirici layihə istifadəyə verib. Buna misal olaraq yerli və xarici yazarların bədii əsərlərindən ibarət www.Ebook.ann.az, orta məktəblərin ədəbiyyat proqramı üzrə yaradılmış www.Edu.ann.az layihələrini göstərmək olar.Bundan əlavə, ANN.Az portalında Art.ann.az, Sport.ann.az, Biznes.ann.az subsaytları da fəaliyyət göstərir.

Xəbər lenti