Ançelotti: “Droqbanı öldürmək istəyirdim”

Ançelotti: “Droqbanı öldürmək istəyirdim”

"Real"ın (Madrid) çalışdırıcısı  Karlo Ançelotti baş məşqçi karyerası ərzində gərginliklər yaşadığı və çox bəyəndiyi futbolçular haqda danışıb.

Qol.Az-ın məlumatına görə, "The Times"a açıqlama verən italiyalı mütəxəssis deyib ki, indiyə kimi yalnız bir dəfə, "Çelsi"də olarkən oyunçusu ilə problem yaşayıb. Həmin futbolçu isə hazırda "Qalatasaray"da forma geyən Didye Droqbadır.

K.Ançelottinin sözlərinə görə, fildişi sahilli hücumçu ilə münaqişənin yaranmasına səbəb onun məşqlərə 30 dəqiqə gec gəlməsi olub: "Həmin vaxt onu öldürmək istədim, ancaq bu, mümkünsüz idi. Əvəzində onu növbəti matçda oynatmadım".

Bütün bunlara baxmayaraq, baş məşqçi indiyə kimi çalışdığı ən yaxşı futbolçuların sırasına Droqbanı da əlavə edib.

Ançelotti qeyd edib ki, çalışdığı ən yaxşı futbolçular bunlar olub:

Buffon, Kafu, Tiaqo Silva, Maldini, Lempard, Pirlo, Zidan, Şevçenko, İbrahimoviç, Kaka, Peter Çex, Eşli Koul, Nesta, Qattuzo, İnzaqi, Zeedorf və Droqba

Qol.az

Xəbər lenti