Ancelina Coli növbəti dəfə "Oskar" aldı FOTOLAR

Ancelina Coli növbəti dəfə "Oskar" aldı FOTOLAR

Amerika kino akademiyası fəxri “Oskar” mükafatının təqdimetmə mərasimini keçirib. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, mükafat kinematoqrafiya sahəsində xidmətlərinə görə aktrisa Ancela Lensberi, komediya aktyoru Stiv Martin, kostumlar üzrə rəssam Pyer Tozi və Hollivud aktrisası rejissor və senari müəllifi Ancelina Coli humanitar fəaliyyətinə görə xüsusi mükafata Cin Xeşolt mükafatına layiq görülüb.

Mərasim dünyanın ən gözəl kino təqdimatlarının keçirildiyi “Hollivud və Haylend”də keçirilib.

Coli mərasimə Bred Pit və oğlu Medoksla birgə qatılıb. Aktrisanın əməliyyatdan sonra çox yaxşı əhval-ruhiyyədə olması da jurnalistlərin gözündən çıxmayıb. 

İndiyə qədər bu mükafat 1957-ci ildən bu günə kimi 35 nəfərə verilib. Coli 36-cı olub. Bundan əvəl mükafatı televiziya aparıcısı Opra Uinfri, aktrisa Elizabet Teylor və Odri Xepbern, bəstəkar Kuinsi Cons və başqalarına verilib.

ANS PRESS

Xəbər lenti