AMEA-nın liseyi yaradılacaq

AMEA-nın liseyi yaradılacaq
"Gələn ildən Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) lisey fəaliyyət göstərə bilər".

APA xəbər verir ki, bunu AMEA-nın prezidenti Akif Əlizadə deyib.

O bildirib ki, akademiyada liseyin yaranması nəzərdə tutulan məsələlərdən biridir: "İstərdik ki, X-Xl sinif şagirdləri akademiyanın liseyinə qəbul olunsunlar. Akademiyanın 75 illiyi ilə əlaqədar akademiyada lisey fəaliyyətə başlayacaq".

A. Əlizadə xatırladıb ki, gələn ilin martın 27-də AMEA-nın fəaliyyətə başlamasının 75 ili tamam olacaq: "Ötən dövr ərzində AMEA-da möhtəşəm elmi məktəblər fəaliyyət göstərib, burada işləyən görkəmli alimlər dünya elminə töhfələr veriblər. Bu gün akademiya həm təhsil ocağı, həm də elm müəssisəsidir".


www.ann.az

Xəbər lenti