Koronavirusa yoluxan alim xəstəxanaya yerləşdirildi (YENİLƏNİB)

Koronavirusa yoluxan alim xəstəxanaya yerləşdirildi (YENİLƏNİB)
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) koronavirusa yoluxmuş əməkdaşı ilə bağlı məlumat yayıb.

AMEA-nın Dilçilik İnstitutunun Mətbuat xidmətindən Ann.az-a verilən məlumata görə, İnstitutun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru İdris Abbasovun səhhəti ilə bağlı məsələ AMEA rəhbərliyinin diqqətindədir.

"Günün birinci yarısında AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini Elsevər Ağayevə və TƏBİB-in sədri Ramin Bayramlıya zəng edərək onlara İdris Abbasovun səhhəti ilə bağlı məlumat verib və lazımi köməklik göstərilməsini xahiş edib. Səhiyyə Nazirliyinin və TƏBİB-in məsul şəxsləri İdris Abbasovun və onun ailə üzvlərinin səhhəti ilə əlaqədar lazımi tibbi tədbirlərin görüləcəyini bildiriblər", - məlumatda bildirilib.

Qeyd edək ki, İdris Abbasov bir neçə saat öncə sosial şəbəkə hesabında status paylaşaraq təcili tibbi yardım maşınında gözlədiyi halda xəstəxanada yer olmadığını bildirmişdi.
 
15.55

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) koronavirusa yoluxmuş əməkdaşı ilə bağlı növbəti dəfə məlumat yayıb.

AMEA-nın Dilçilik İnstitutunun Mətbuat xidmətindən Ann.az-a bildirilib ki, İnstitutun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru İdris Abbasovun səhhəti ilə bağlı məsələ AMEA rəhbərliyinin diqqətindədir.

"Günün birinci yarısında AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini Elsevər Ağayevə və TƏBİB-in sədri Ramin Bayramlıya zəng edərək onlara İdris Abbasovun səhhəti ilə bağlı məlumat vermiş və lazımi köməklik göstərilməsini xahiş etmişdir. Səhiyyə Nazirliyinin və TƏBİB-in məsul şəxsləri İdris Abbasovun və onun ailə üzvlərinin səhhəti ilə əlaqədar lazımi tibbi tədbirlərin görüləcəyini bildirmişlər", - məlumatda bildirilib.

Qeyd edək ki, bir neçə gün əvvəl institut İdris Abbasovun səhhəti ilə bağlı məsələnin AMEA-nın diqqətində olduğu və rəhbərlik tərəfindən ona hər cür maddi və mənəvi kömək göstəriləcəyi barədə məlumat yayıb.

Xatırladaq ki, ötən gün tənqidçi Əsəd Cahangir koronavirusa yoluxduğu təsdiqlənən İdris Abbasovun və həyat yoldaşının hələ də xəstəxanaya yerləşdirilmədiyi və heç bir tibbi yardım almadığı barədə məlumat yayıb.

O qeyd edib ki, mədə-bağırsaq sistemində xroniki xəstəliyi olan və hepatitdən əziyyət çəkən İ.Abbasovun getdikcə kəskinləşən və böhran həddinə yaxınlaşan durumu xüsusilə təhlükəlidir. O, İ.Abbasovun övladlarının da quru öskürəyi və qızdırması olduğunu bildirib.

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti