AMEA-da kadr dəyişikliyi

AMEA-da kadr dəyişikliyi
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclasında bir sıra kadr dəyişikliyi baş verib. APA-nın xəbərinə görə, iclasda AMEA-nın müxbir üzvü Möhsün Nağısoylunun Nəsimi adına Dilçilik İnstitutunun direktoru vəzifəsinə təyinatı təsdiqlənib.
 
Eyni zamanda, iclasda qəbul edilən qərarla biologiya üzrə fəlsəfə doktoru Vahid Fərzəliyev AMEA-nın Mərkəzi Nəbatat Bağının direktoru vəzifəsini müvəqqəti icra edəcək.
 
Biologiya üzrə fəlsəfə doktoru Afiq Qazıyev AMEA-nın Fiziologiya İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsindən azad edilib.

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti