Almaniyada PKK qadağasına qarşı etiraz aksiyası keçirildi

Almaniyada PKK qadağasına qarşı etiraz aksiyası keçirildi

Almaniyanın paytaxtı Berlində PKK qadağasının ləğv edilməsi tələbi ilə kütləvi aksiya keçirilib. Berlinin mərkəzindəki Aleksanderplatsa toplaşan 15 minə yaxın etirazçı 20 il əvvəl Almaniya hökumətinin PKK-ya qoyduğu qadağanın aradan qaldırılması tələbi ilə yürüş edib. Aksiya iştirakçıları PKK lideri Abdullah Öcalanın plakatlarını və təşkilat bayraqlarını qaldırıblar.

Aksiya iştirakçıları "Sülh prosesinə dəstək verilsin, PKK qadağası götürülsün" şüarları ilə edilən yürüşdən sonra Berlinin məşhur Brandenburq Qapıları önündə mitinq keçiriblər. Barış və Demokratiya Partiyasının həmsədri Səlahəddin Dəmirtaş nümayişçilər qarşısında çıxış edib. O, mitinq iştirakçılarının tarixi bir xətanın düzəldilməsinə dəstək vermək üçün bir araya gəldiklərini bildirib. Dəmirtaşın sözlərinə görə, Almaniyadakı kürd icmasının sayı 1,5 milyon nəfərə yaxındır və Almaniya hökuməti PKK qadağası ilə 1,5 milyon insanı terrorçu elan edə bilməz.

ANS PRESS

Xəbər lenti