“Ağıllı” məişət texnikaları təqdim ediləcək

“Ağıllı” məişət texnikaları təqdim ediləcək
“LG” şirkəti 2014-cü il yanvarın əvvəlində Las-Veqasda keçiriləcək “CES” beynəlxalq istehlak elektronikası sərgisində daxili messencerlərə malik məişət texnikasını təqdim edəcək.“ICTnews” elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, Koreya şirkətinin yeni həllərinə “HomeChat” xidməti və “Line” mobil messenceri quraşdırılıb. İstifadəçilər bu tətbiqlər vasitəsilə mobil qurğu və kompüterlər vasitəsilə məişət texnikasını məsafədən idarə edə biləcəklər.Məsələn, tozsoranın son təmizləmə vaxtını bilmək mümkün olacaq, soyuducuya ev sahibinin məzuniyyətə getməsi ilə bağlı mesaj gəldikdə o, enerjiyə qənaət edən rejimə keçəcək.ANN.Az

Tərəfdaşların xəbərləri

Xəbər lenti