Ali Seçki Komissiyası: Müxalifət İstanbulda qalib gəlir

Ali Seçki Komissiyası: Müxalifət İstanbulda qalib gəlir
Türkiyə Ali Seçki Komissiyasının sədri Sadi Güven İstanbulda bələdiyyə seçkilərin nəticələri ilə bağlı açıqlama verib.

Ann.az Sözcü-yə istinadən xəbər verir ki, sədr CHP-inin namizədi Əkrəm İmamoğlunun öndə olduğunu bildirib. Onun sözlərinə görə, müxalifətin namizədi 4 milyon 159 min 650, AKP-nin namizədi Binəli Yıldırım 4 milyon 131 min 761 səs toplayıb.
 
Qeyd edək ki, müxalifət Ankara və İzmir kimi böyük şəhərlərdə də hakim partiyaya qalib gəlib.

www.ann.az

Xəbər lenti