AÇG tərəfdaşları ABŞ şirkətlərinin payını almaq üçün tenderdə iştirak etmək niyyətindədir

AÇG tərəfdaşları ABŞ şirkətlərinin payını almaq üçün tenderdə iştirak etmək niyyətindədir
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və BP şirkəti, həmçinin bütün tərəfdaşlar Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi layihəsində satışa çıxarılacaq payların alınması məqsədi ilə tenderdə iştirak etmək niyyətindədir.

Ann.az xəbər verir ki, bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, indiyədək bu layihədən böyük dividendlər əldə olunub.

Qeyd edək ki, ötən ilin dekabr ayında "ExxonMobil” AÇG-dəki 6,79%-lik payını, "Chevron” isə layihədəki 9,57%-lik və Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərindəki 8,9%-lik payını satmaq niyyətində olduqlarını bildirmişdi.

Xatırladaq ki, AÇG layihəsində pay bölgüsü bu nisbətdədir: BP - 30,37% (operator), AzACG (SOCAR) - 25,00%, "Chevron" - 9,57%, "Inpex" - 9,31%, "Equinor" (keçmiş "Statoil") - 7,27%, "ExxonMobil" - 6,79%, TPAO - 5,73%, "Itochu" - 3,65% və "ONGC Videsh Ltd." (OVL) - 2,31%.

"AÇG" yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında (PSA) saziş 1994-cü il sentyabrın 20-də imzalanıb. 2017-ci ilin sentyabrın 14-də blokun 2050-ci ilədək işlənməsində dair yenidən işlənmiş saziş imzalanıb. 

www.ann.az

Xəbər lenti