​AFFA 4 klubu cərimələdi

​AFFA 4 klubu cərimələdi
 AFFA-nın İntizam Komitəsi Azərbaycan Premyer Liqasının son turunda yaşıl meydanlarda baş verənlərlə bağlı qərarlarını açıqlayıb. 

ANN.Az-ın Peşəkar Futbol Liqasının saytına istinadən verdiyi məlumata görə, komitə ümumilikdə 2 futbolçunu cəzalandırıb.

Premyer Liqanın II turunda keçirilən "İnter" və "Neftçi" komandalarının qarşılaşmasında qırmızı vərəqə aldıqları üçün meydan sahiblərindən İlkin Qırtımov, qonaqlaırn heyətində isə Xuan Alberto Alvarado bir oyunluq cəzalandırılıb. Klubları isə 200 manat cərimələnib.

"Sumqayıt" - "Xəzər Lənkəran" matçında meydan sahiblərinin, "Kəpəz" - "Zirə" görüşündə isə qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 1000 manat cərimə olunub.

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti