Adamı udan nəhəng ilan xəbəri yalan çıxdı - FOTO

Adamı udan nəhəng ilan xəbəri yalan çıxdı - FOTO

Hindistanda 9 metr uzunluğu olan piton ilanının sərxoş adamı udmasını əks etdirən şəkil saxta çıxıb. Fotonun əvvəllər də müxtəlif hadisələr üçün istifadə edildiyi aydınlaşıb. 

ANN.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, "Twitter"də Vikraman Nair adlı istifadəçinin "Hindistanda piton sərxoş adamı uddu" qeydiylə paylaşdığı foto 13 min dəfə retvitlənmiş və qısa müddət ərzində sosial şəbəkələrdə böyük marağa səbəb olmuşdu.

Ancaq indi məlum olub ki, bu fotodan əvvəllər də bir çox hadisələrdə istifadə edilib. Əgər fotonu "Google"da axtarışa versəniz, onun 2012-ci ildən bəri daima müxtəlif hadisələri əks etdirmək üçün istifadə ediliyini görərsiniz.  

Mütəxəssislər nəhəng pitonların insanı öldürmək iqtidarında olduğunu, ancaq çox nadir hallarda udduğunu bildirirlər. Fotodakı ilanın isə keçini, ya da başqa bir heyvanı udduğu güman edilir. 

ANN.Az

Tərəfdaşların xəbərləri

Xəbər lenti