ABŞ və “Taliban” sülh sazişini imzaladı

ABŞ və “Taliban” sülh sazişini imzaladı
ABŞ və "Taliban" Əfqanıstandan Amerika qoşunlarının çıxarılmasını və bu ölkənin daxilində dialoqun başlanğıcını nəzərdə tutan sülh razılaşması üzrə müqavilə bağlanıb.

Ann.az RİA "Novosti”yə istinadən xəbər verir ki, sözləşməni ABŞ tərəfindən ölkənin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad, "Taliban" tərəfindən isə qruplaşma liderinin müavini, Qətərin siyasi nümayəndəliyinin rəhbəri Abdullah Qəni Baradar imzalayıb.

İmzalanma mərasimi şənbə günü Dohada baş tutub. Sənədi imzaladıqdan sonra Xəlilzad və Baradar bir birinin əllərini sıxıb.

ABŞ dövlət katibi Maykl Pompeo "Taliban"ı Əl-Qaidə terror qruplaşması ilə əlaqələrini kəsmək vədini yerinə yetirməyə çağırıb: "Taliban"ın hansı addımları sazişi uğurlu edəcək? Əvvəla, sözlərinizi yerinə yetirin, Əl-Qaidə və digər terrorçularla əlaqəni kəsin. "İslam Dövləti" terror qruplaşmasına qarşı mübarizəni dəstəkləyin".

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti