ABŞ səfiri: "Senatın qətnaməsi Ağ Ev siyasətini əks etdirmir"

ABŞ səfiri:
"ABŞ Senatı tərəfindən "erməni soyqırımı" ilə bağlı qətnamənin qəbul edilməsi Ağ Ev administrasiyasının rəsmi siyasətini əks etdirmir".

Ann.az "Report"a istinadən xəbər verir ki, bunu jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Örl Litsenberger deyib.

"Bu qətnamə qanunverici orqanın sənədidir. Senat bu məsələ ilə bağlı qərar qəbul edib və biz bunu nəzərə almalıyıq", - o deyib.

Səfir həmçinin ABŞ və Türkiyənin, o cümlədən NATO çərçivəsində də müttəfiq olduqlarını vurğulayıb: "Biz yaxın dost və tərəfdaşıq. Dostluğumuzu davam etdirəcəyik".

www.ann.az

Xəbər lenti