ABŞ səfiri: "Nazirlərin Dağlıq Qarabağ üzrə danışıqları davam etdirəcəklərinə ümid edirəm"

ABŞ səfiri:
"Nazirlərin Dağlıq Qarabağ üzrə danışıqları davam etdirəcəklərinə ümid edirəm”. 

Bunu ABŞ-ın Azərbaycandakı səfir Örl Litzenberqer ABŞ Dövlət Departamentinin Azərbaycan və Ermənistan xarici işlər nazirlərini Vaşinqtona dəvətini şərh edərkən "Report”a deyib.

O, görüşün tarixi barədə dəqiq məlumat verə bilməyəcəyini vurğulayaraq aprelin 15-də Moskvada Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun erməni həmkarı ilə görüşünü müsbət dəyərləndirib: "ATƏT-in Minsk qrupu həmsədrlərinin məqsədi Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll edilməsi üçün danışıqların davam etdirilməsidir".

www.ann.az

Xəbər lenti