ABŞ-da qondarma erməni soyqırımı abidəsinin üzərinə qara boya töküldü

ABŞ-da qondarma erməni soyqırımı abidəsinin üzərinə qara boya töküldü
ABŞ-ın Kolorado ştatında "erməni soyqırımı” abidəsinin (xaçkar) üzərinə qara boya tökülüb.

Ann.az "Report”a istinadən xəbər verir ki, məlumatı "Sputnik Armeniya” yayıb.

Abidənin yerləşdiyi Kolorado ştatının Kapitolu qarşısında Corc Floydun ölümünə qarşı aksiya keçirilib. Polis və hökumətə etirazını bildirən aksiya iştirakçıları "soyqırımı”na həsr edilən abidəni qara rəngə boyayıblar və üzərinə şüar yazıblar. 

Qeyd edək ki, abidə 2015-ci ildə qondarma erməni soyqırımının 100 illiyi ilə əlaqədar ucaldılıb. 


www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti