ABŞ-da atışma: 12 nəfər öldürüldü

ABŞ-da atışma: 12 nəfər öldürüldü
ABŞ-ən Virciniya ştatında atışma olub.

Ann.az xəbər verir ki, hadisə kurort şəhəri Virciniya-Biç şəhərində, bələdiyyə mərkəzi yaxınlığında baş verib. 

Hadisə nəticəsində 12 nəfər ölüb, 6 nəfər yaralanıb. Bu barədə şəhərin polis rəisi Cim Server bildirib: "Biz əvvəlcə 11 nəfərin öldüyünü xəbər verdik. Daha 1 nəfər xəstəxanaya aparılarkən yolda öldü".

O, qeyd edib ki, yaralılardan 4-ü hazırda xəstəxananın cərrahi əməliyyat stolundadır. Cim Serverin sözlərinə görə, cinayətkar binaya daxil olub və dərhal atəş açmağa başlayıb. Polis hadisə yerinə gəldikdə atışma başlayıb: "Şübhəli şəxs öldürülüb".

Polisin son məlumatına görə, bələdiyyə binasında atəşi yerli özünü idarəetmə orqanının yüksək təcrübəli işçisi açıb. 

www.ann.az

Xəbər lenti