Ağaclar kökündən qopdu, daş hasarlar aşdı, yaşayış məntəqələri işıqsız qaldı (VİDEO)

Ağaclar kökündən qopdu, daş hasarlar aşdı, yaşayış məntəqələri işıqsız qaldı (VİDEO)
Güclü külək ağacları kökündən qopardı, daş hasarı uçurdu. Təbiət hadisəsi Goranboyda ziyansız ötüşməyib.

Qəfil güclənən külək rayon mərkəzində və kəndlərdə iri gövdəli ağacları aşırıb. Xoşbəxtlikdən hadisə zamanı hər hansı xəsarət qeydə alınmayıb.

Güclü külək səbəbindən bir neçə yaşayış məntəqəsində elektrik enerjisinin verilişində fasilələr yaranıb, elektrik təsərrüfatına, kənd təsərrüfatı sahələrinə, tikililərə və bəzi sahibkarlıq obyektlərinə ziyan dəyib.

Goranboy RİH yanında Fövqəladə Hallar Komissiyası fəsadların aradan qaldırılması ilə bağlı operativ işlər həyata keçirib.

Rayon İcra Hakimiyyətindən bildirilib ki, yaşayış məntəqələrində enerji təminatı bərpa edilib, digər fəsadların aradan qaldırılması istiqamətində isə işlər davam etdirilir. (oxu.az)


www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti