"A-Kond 1" Silahlı Qüvvələrə Yardım Fonduna 100 min manat köçürüb

"A-Kond 1" QSC Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən qızğın döyüşlərlərdə Ordumuza uğurlu əməliyyatına dəstək olmaq məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 100 min manat vəsait köçürüb.

Fond ölkə Prezidentinin 17 avqust 2002-ci il tarixli fərmanı ilə yaradılıb. Fondun əsas vəzifəsi ölkənin etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir. 

"A-kond 1” 2008-ci ildən Azərbaycanda fəaliyyət göstərən yerli şirkətdir. Şirkət mexanika, elektrik və santexnik işlərinin təchizi və quraşdırması işləri ilə məşğul olur, bununla yanaşı, "Hisense” və "Hitachi” brendinə məxsus havalandırma sistemləri və kondisionerlərin Azərbaycanda rəsmi distribyutorudur. Müəssisə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), "PMD Project” MMC, "PAŞA Holdinq” MMC, "Technip FMC”, "Technicon” və s. bir cox yerli və xarici firmalarlın layihələrini icra edir. 


www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti