9-cu sinif şagirdləri buraxılış imtahanı verirlər (YENİLƏNİB)

9-cu sinif şagirdləri buraxılış imtahanı verirlər (YENİLƏNİB)

9-cu sinif şagirdləri buraxılış imtahanı verirlər (YENİLƏNİB)
9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsi keçirilib.

Dövlət İmtahan Mərkəzindən Oxu.Az-a verilən xəbərə görə, Sumqayıt, Abşeron, Gəncə, Göygöl, Samux, Naftalan, Goranboy, Daşkəsən, Şəki, Oğuz, Qəbələ, Lənkəran, Astara, Biləsuvar, Ağsu, Zərdab, Şamaxı, Kürdəmir, Ağdam, Yevlax, Bərdə, Tərtər, İmişli, Saatlı, Sabirabad, Xaçmaz, Şabran rayonlarının ümumtəhsil müəssisələrinin məzunları üçün ümumi orta təhsil səviyyəsi üzrə (9-cu sinif) buraxılış imtahanının birinci mərhələsini keçirib.

İmtahan 2 saat müddətində aparılıb. İnşa yazan şagirdlərə test tapşırıqlarını cavablandırmaq üçün ayrılmış 2 saatlıq müddət qurtardıqdan sonra 30 dəqiqə əlavə vaxt verilib.

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, şagirdlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Martın 12-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqələrinin emalına başlanılacaq. Yazı işləri (imtahan cavabları) DİM və onun regional bölmələrində müvafiq təhlükəsizlik tələblərinə cavab verən ekspertiza (yoxlama) zallarında, qapalı şəraitdə, kompüter arxasında markerlər tərəfindən yoxlanılacaqdır. Yazı işlərinin yoxlanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.

Hər bir yazı işi əvvəlcə "scan” olunur və 2 marker tərəfindən qiymətləndirilir (markerlərin qiymətləri arasında fərq yarandıqda həmin yazı işi proqram tərəfindən 3-cü markerə göndərilir). Yoxlama zamanı markerin kompüterinin monitorunda yazı işinin müəllifi haqqında heç bir məlumat (ad, soyad, ata adı, şagird kodu, ünvan və s.) verilmir. Monitorda yalnız yazı işi, yazı işini qiymətləndirmək üçün meyarlar və qiyməti daxil etmək üçün müvafiq sahə göstərilir.

Bundan əlavə imtahanda şagirdlərə təqdim olunan hər bir tapşırıq üçün ayrıca qiymətləndirmə meyarı hazırlanıb və markerlər hər hansı bir tapşırığa aid yazı işini yoxladıqda məhz həmin tapşırığın qiymətləndirmə meyarına əsaslanırlar. Qiymətləndirmə meyarlarında tapşırığın mümkün həll üsulları və ehtimal olunan (gözlənilən) cavablar nəzərə alınır. Qiymətləndirmə meyarı tapşırığın qiymətləndirilməsi üçün dolğun təlimatdır və marker yazı işini qiymətləndirərkən həmin tapşırığın qiymətləndirmə meyarından kənara çıxmır.

İmtahanda istifadə olunan açıq tipli tapşırıqların və inşanın (essenin) yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin imtahanın ikinci mərhələsi keçirilənədək elan olunması nəzərdə tutulur.
 
 
09:19 
 
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün 27 şəhər və rayonda 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini keçirir.

ANN.Az-a DİM-dən verilən xəbərə görə, bu gün imtahanda 39496 (Sumqayıt şəhərində 4416, Abşeron rayonunda 3842, Gəncə şəhərində 3365, Daşkəsən rayonunda 280, Göygöl rayonunda 877, Samux rayonunda 676, Şamaxı rayonunda 944, Naftalan şəhərində 88, Goranboy rayonunda 1320, Yevlax şəhərində 1397, Şəki şəhərində 2045, Qəbələ rayonunda 1343, Oğuz rayonunda 561, Bərdə rayonunda 2200, Ağdam rayonunda 929, Tərtər rayonunda 886, Kürdəmir rayonunda 1203, Zərdab rayonunda 611, Ağsu rayonunda 681, İmişli rayonunda 1252, Sabirabad rayonunda 1799, Biləsuvar rayonunda 1387, Saatlı rayonunda 1019, Lənkəran şəhərində 2282, Astara rayonunda 1283, Xaçmaz rayonunda 2112, Şabran rayonunda 698) nəfər 9-cu sinif şagirdinin iştirakı nəzərdə tutulur.

İmtahan saat 11:00-da başlanır.

IX sinif şagirdlərinin buraxılış imtahanlarının birinci mərhələsinin keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda ümumilikdə 87 imtahan mərkəzi, imtahanların idarə olunmasına isə 277 imtahan rəhbəri, 3355 nəzarətçi‑müəllim ayrılıb.

www.ann.az

Xəbər lenti