34 il sonra açıqladı: "Dedilər ki, ermənini baltalamısan" (VİDEO)

34 il sonra açıqladı:
Sumqayıt hadisələrindən 34 il ötür. 1988-ci il fevralın 27-dən 28-nə keçən gecə Sumqayıt şəhərində baş vermiş iğtişaşlar nəticəsində 32 nəfər ölüb. Onlardan 26-sı erməni, 6-sı isə azərbaycanlı olub. 

Sonralar bu hadisələrin SSRİ Dövlət Təhlükəsizlik Komitəsi və ermənilərin özləri ilə birgə təşkil edildiyi məlum olub. Hadisə zamanı bir çox günahsız azərbaycanlıya ölüm hökmü və ya uzunmüddətli həbs cəzası verilib. 

Onlardan biri də başına gələnləri Qaynar TV-yə danışan Nizami Məhərrəmovdur. Erməni qonşusunu balta ilə öldürməkdə ittiham olunaraq 14 il məhkum edilən Nizami Məhərrəmov günahsız olduğunu, bəraət almaq istədiyini bildirir. 

Sumqayıt hadisələrinin ildönümündə hazırladığımız filmi sizinlə bölüşürük:



www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti