3 manatlıq əsginaslar çap oluna bilər

3 manatlıq əsginaslar çap oluna bilər
 “Azərbaycanda 3 manatlıq əsginaslar çap edilməlidir”.Belə bir təkliflə Milli Məclisdə büdcə zərfinin müzakirəsi zamanı millət vəkili Yevda Abramov çıxış edib. Onun sözlərinə görə, bu gün cəmiyyətdə xırda pul problemi müşahidə olunur: “5 manatlıq əsginası xırdalamaq üçün görün nə qədər 1 manatlıq lazımdır. Düşünürəm ki, 3 manatlıq əsginas çap olunsa, nə qədər manatlıq əsginasın çap olunmasına qənaət edilər”. Millət vəkili Mərkəzi Bankının sədri Elman Rüstəmova bunu nəzərdən keçirməyi təklif edib.APA

Tərəfdaşların xəbərləri

Xəbər lenti