Son sutkanın yoluxma statistikası

Son sutkanın yoluxma statistikası
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 yeni yoluxma faktı qeydə alınıb, sağalma sayı isə sıfır olub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Ann.az-a verilən məlumata görə, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 792 714 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 957 nəfər müalicə olunaraq sağalıb, 9 710 nəfər vəfat edib. 47 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 842, bu günə qədər isə ümumilikdə 6 874 348 test icra olunub.

Ötən sutkada koronavirus əleyhinə 1 vaksin vurulub. Bir gündə birinci və ikinci mərhələ üzrə vaksinasiya olunan olmayıb. 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1 nəfər təşkil edib. Son sutkada pozitiv nəticədən sonra buster doza olunan da qeydə alınmayıb.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 707 007, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 345 824, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 847 442, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 269 215, pozitiv nəticədən sonra buster doza olunanların sayı 244 526 təşkil edir.

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti