Milli Məclisin növbədənkənar sessiyası keçiriləcək

Milli Məclisin növbədənkənar sessiyası keçiriləcək
Milli Məclisin növbədənkənar sessiyası keçiriləcək.

"Report"un əldə etdiyi məlumata görə, bununla bağlı yaxın günlərdə deputatlar parlamentin sədrinə müraciət edəcəklər.

Növbədənkənar sessiyanın iyun ayında keçirilməsi planlaşdırlır.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin 42 deputatının tələbi əsasında Milli Məclisin növbədənkənar sessiyasını çağırılır. Milli Məclisin növbədənkənar sessiyaları dövründə Milli Məclis öz iclaslarını keçirir, komitə və komissiyaların iclasları keçirilir, deputatlar komitə və komissiyaların işində iştirak edirlər.

Qeyd edək ki, parlamentin yaz sessiyası mayın 31-də başa çatır.

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti