Azərbaycan nefti kəskin bahalaşdı

Azərbaycan nefti kəskin bahalaşdı
Dünya bazarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb.

Ann.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 3,96 ABŞ dolları və ya 3,64% artaraq 112,73 dollar təşkil edib.

Dünən "Brent” markalı neftin bir bareli 106,32 ABŞ dolları olub.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti