Azərbaycan nefti kəskin ucuzlaşdı

Azərbaycan nefti kəskin ucuzlaşdı
Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti azalıb.

Ann.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 7,28 ABŞ dolları, yaxud 6,24 % azalaraq 109,36 ABŞ dollarına düşüb.

Dünən "Brent” markalı neftin bir bareli 102,37 ABŞ dolları olub.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti