Son sutkada neçə nəfər koronavirusa yoluxub?

Son sutkada neçə nəfər koronavirusa yoluxub?
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 57 yeni yoluxma faktı qeydə alınıb, 84 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Ann.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 335 625 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 329 794 nəfər müalicə olunaraq sağalıb, 4 965 nəfər vəfat edib, aktiv xəstə sayı 866 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 948, ötən müddət ərzində isə ümumilikdə 3 698 172 test aparılıb.

Son gündə koronavirus əleyhinə 47824 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 25682, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 22142 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 3080340, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1997612, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1082728 təşkil edir.

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti