Milli Məclisin sabiq deputatı vəfat etdi

Milli Məclisin sabiq deputatı vəfat etdi
Milli Məclisin keçmiş deputatı Aslan Abbasov vəfat edib.

O, 71 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Abbasov Aslan Məmməd oğlu 1950-ci il martın 11-də Gəncə şəhərində anadan olub. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun kimya texnologiyası fakültəsini bitirib.

1995-ci ildə 32 saylı İkinci Kəpəz seçki dairəsindən deputat seçilib. 2016-cı ildən Azərbaycan Texnologiya Universitetinin prorektoru vəzifəsində çalışıb.

Xatırladaq ki, A.Abbasov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəylinin atasıdır. //Report.az
 


www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti