Sabaha gözlənilən hava şəraiti açıqlandı

Sabaha gözlənilən hava şəraiti açıqlandı
Sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Ann.az-a verilən məlumata görə, oktyabrın 18-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, səhər saatlarında bəzi yerlərdə zəif duman olacağı gözlənilir.   

Mülayim cənub-qərb küləyi əsəcək.  Havanın temperaturu Abşeron yarımadasında gecə

15-19, gündüz  21-24, Bakıda gecə 16-18, gündüz 22-24 dərəcə isti olacaq. Atmosfer  təzyiqi 764 mm civə sütunundan 761 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-70, gündüz  45-50 faiz olacaq.   

Oktyabrın 18-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi,  gecə və səhər bəzi yerlərdə  duman olacağı  gözlənilir. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.  Havanın temperaturu  gecə 11-16, gündüz 23-28, dağlarda gecə 4-9, gündüz  16-21 dərəcə  isti olacaq.  


www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti