Xalq artistinin 100 illik yubileyi qeyd ediləcək (SƏRƏNCAM)

Xalq artistinin 100 illik yubileyi qeyd ediləcək (SƏRƏNCAM)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Həsən Seyidbəylinin 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

Ann.az-ın xəbərinə görə, Sərəncama əsasən Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının və Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Xalq artisti Həsən Seyidbəylinin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirəcək.

Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Qeyd edək ki, 2020-ci ilin dekabr ayında Azərbaycan mədəniyyətinin tanınmış nümayəndəsi, kinodramaturq, rejissor və ssenarist, Xalq artisti Həsən Mehdi oğlu Seyidbəylinin anadan olmasının 100 illiyi tamam olur. 

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti