Sabahın hava proqnozu

Sabahın hava proqnozu
İyulun 14-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Ann.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə yağış yağacağı gözlənilir. Cənub-qərb küləyi axşam mülayim şimal küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25,  gündüz 29-33, Bakıda  gecə 23-25, gündüz  31-33 dərəcə isti olacaq. 

Atmosfer  təzyiqi normadan aşağı 751 mm civə sütunundan 755 mm civə sütunua yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.  Abşeron çimərliklərində arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti təşkil edəcək.  

İyulun 14-də Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu  düşəcəyi gözlənilir. 

Qərb küləyi ayrı ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu  gecə 20-25, gündüz 32-37, dağlarda gecə 11-16, gündüz  19-24 dərəcə  isti olacaq.   

Tibbi-meteoroloji proqnoz

İyulun 14-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən  əlverişlidir.

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti