Vilayət Eyvazov yeni rəis təyin etdi

Vilayət Eyvazov yeni rəis təyin etdi
Daxili işlər orqanlarında yeni təyinat olub.

APA-nın məlumatına görə, bununla bağlı Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, polis baş-leytenantı Vüqar Məmmədov Qazax rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin rəisi vəzifəsinə təyin edilib.

Qeyd edək bir müddət əvvəl Qazax DYPB-nin rəisi vəzifəsində çalışmış Eldəniz Həsənov tutduğu vəzifədən azad edilərək Göygöl DYPB-nin rəisi vəzifəsinə təyinat alıb.


www.ann.az

Xəbər lenti