Daxili işlər naziri Vilayət Eyvazovun əmri ilə Tovuz Regional Mühafizə İdarəsinə yeni rəis təyin olunub.
Ann.az baku.ws-ə istinadən xəbər verir ki, əmrə əsasən polis polkovnik-leytinantı Əsgərov Elçin Adil oğlu qurumun rəisi vəzifəsini icra edəcək.
Elçin Əsəgərov buna qədər Tovuz rayon Polis Şöbəsinin əməliyyat üzrə müavini vəzifəsində çalışıb.
www.ann.az