Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Göyərtə qrupu NATO standartlarına uyğunlaşdırılıb (VİDEO)

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Göyərtə qrupu NATO standartlarına uyğunlaşdırılıb (VİDEO)
Bakıda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Proqramı çərçivəsində Hərbi Dəniz Qüvvələrinin Ortaq Qüvvələr Birliyinə bəyan edilmiş Göyərtə qrupunun "Dənizdə qadağa əməliyyatları” üzrə NATO standartlarına uyğun 2-ci səviyyəli özünüqiymətləndirməsi (SEL-2) keçirilib.

Bu barədə Ann.az-a Müdafiə Nazirliyindən məlumat verilib. 

NATO-nun Nortvud Hərbi Dəniz Qərargahının nümayəndələrinin müşahidəsi ilə icra edilən SEL-2-in əsas məqsədi Ortaq Qüvvələr Birliyinə bəyan edilmiş Göyərtə qrupunun fəaliyyətinin və təchizatının Şimali Atlantika Alyansının standartlarına uyğunluğunu yoxlamaqdan ibarətdir. Keçirilən təlim eyni zamanda 2020-ci ildə 2-ci səviyyəli NATO qiymətləndirməsinə hazırlıq məqsədini daşıyır.


www.ann.az

Xəbər lenti