“Gələcək üçün” ümumrespublika marafonu növbəti görüşünü keçirdi (FOTOLAR)

Gənclər üçün Təhsil Mərkəzi (GTM) tərəfindən keçirilən "Gələcək üçün məsuliyyətli vətəndaş olmaq”  ümumrespublika marafonu çərçivəsində növbəti tədbir Bakı Slavyan Universitetində (BSU) təşkil olunub. 

Ann.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan BSU-nun tərbiyə işləri üzrə prorektoru dos. Xanım Sultanova bildirib ki, belə təlimlərin keçirilməsində məqsəd ölkə rəhbərliyi tərəfindən həyata keçirilən islahatlara ictimai dəstək vermək, vətəndaş öhdəliyi və prinsiplərini gənclər ordusuna təbliğ etməkdir.

Tədbirin davamında çıxış edən Gənclər üçün Təhsil Mərkəzinin direktoru Fəxrəddin Həsənzadə bildirib ki, marafonun məqsədi idarəetmə sisteminin vətəndaş yönümlü prinsiplər əsasında təşkil olunmasını təbliğ etməkdir. Bu istiqamətdə əsas məqsəd ölkəmizdə insan kapitalının inkişafına xidmət edən səriştəli mütəxəssislərin formalaşdırılmasıdır.

"Gələcək üçün məsuliyyətli vətəndaş olmaq” ümumrespublika marafonunun təlimçisi, "İnsan Mühəndisliyi” proqramının rəhbəri Rövşən Nəcəfov təlim modulunda şəxsi inkişaf üçün insan mühəndisliyi, karyera istiqamətində təcrübə və uğurun yaratdığı nümunələr, insan kapitalı, sosial və ictimai məsuliyyət məsələləri ilə bağlı iştirakçılara ətraflı məlumat verib.

Qeyd edək ki, marafon respublikanın bütün ali təhsil müəssisələrini əhatə edəcək. Bundan əvvəl Azərbaycan Kooperasiya Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dillər Universiteti və Xəzər Universitetində keçirilib. 

"Gələcək üçün məsuliyyətli vətəndaş olmaq” çağırışı ilə müxtəlif ictimai və sosial mövzuları əhatə edən təlimlər təkcə paytaxt Bakıda deyil, o cümlədən Azərbaycanın bölgələrində də keçiriləcək. 

Gənclər üçün Təhsil Mərkəzi (GTM) tərəfindən keçirilən "Gələcək üçün məsuliyyətli vətəndaş olmaq”  ümumrespublika marafonu çərçivəsində növbəti tədbir Bakı Slavyan Universitetində (BSU) təşkil olunub. 

Tədbiri giriş sözü ilə açan BSU-nun tərbiyə işləri üzrə prorektoru dos. Xanım Sultanova bildirib ki, belə təlimlərin keçirilməsində məqsəd ölkə rəhbərliyi tərəfindən həyata keçirilən islahatlara ictimai dəstək vermək, vətəndaş öhdəliyi və prinsiplərini gənclər ordusuna təbliğ etməkdir.

Tədbirin davamında çıxış edən Gənclər üçün Təhsil Mərkəzinin direktoru Fəxrəddin Həsənzadə bildirib ki, marafonun məqsədi idarəetmə sisteminin vətəndaş yönümlü prinsiplər əsasında təşkil olunmasını təbliğ etməkdir. Bu istiqamətdə əsas məqsəd ölkəmizdə insan kapitalının inkişafına xidmət edən səriştəli mütəxəssislərin formalaşdırılmasıdır.

"Gələcək üçün məsuliyyətli vətəndaş olmaq” ümumrespublika marafonunun təlimçisi, "İnsan Mühəndisliyi” proqramının rəhbəri Rövşən Nəcəfov təlim modulunda şəxsi inkişaf üçün insan mühəndisliyi, karyera istiqamətində təcrübə və uğurun yaratdığı nümunələr, insan kapitalı, sosial və ictimai məsuliyyət məsələləri ilə bağlı iştirakçılara ətraflı məlumat verib.

Qeyd edək ki, marafon respublikanın bütün ali təhsil müəssisələrini əhatə edəcək. Bundan əvvəl Azərbaycan Kooperasiya Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dillər Universiteti və Xəzər Universitetində keçirilib. 

"Gələcək üçün məsuliyyətli vətəndaş olmaq” çağırışı ilə müxtəlif ictimai və sosial mövzuları əhatə edən təlimlər təkcə paytaxt Bakıda deyil, o cümlədən Azərbaycanın bölgələrində də keçiriləcək. 

www.ann.az

Xəbər lenti