Nazirdən yeni təyinat

Nazirdən yeni təyinat
Mərkəzi Neftçilər Xəstəxanasına yeni baş direktor təyin edilib. 

Oxu.az-ın məlumatına görə, Səhiyyə naziri Oqtay Şirəliyevin imzaladığı əmrə əsasən, bu vəzifəyə Nadir Mehdiyev təyinat alıb.

O, xəstəxanada baş direktorun müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, 2018-ci ilin oktyabrında Mirzəyev Ülvi Əhəd oğlu Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru vəzifəsinə təyin edilmişdi. Keçmiş baş direktor öz ərizəsi ilə işindən azad edilib.

www.ann.az

Xəbər lenti