Dünya Bankının regional direktoru Azərbaycana gəlir

Dünya Bankının regional direktoru Azərbaycana gəlir
Martın 4-də Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Mersi Tembon Azərbaycana səfər edəcək.

"Report” xəbər verir ki, 3 gün davam edəcək səfərin əsas məqsədi Bakıda keçiriləcək konfransda iştirak etməkdir.

Belə ki, martın 6-da Azərbaycan paytaxtında iqtisadiyyatın şaxələndirilməsi mövzusunda konfrans təşkil olunacaq. Konfransda M.Tembonla yanaşı, Azərbaycan hökumətinin iqtisadi komandasına daxil olan rəsmi şəxslər iştirak edəcəklər. 

www.ann.az

Xəbər lenti