Ramil Usubov yeni rəis təyin etdi

Ramil Usubov yeni rəis təyin etdi
Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinə yeni rəis təyin olunub.

Ann.az-ın unikal.org-a istinadən məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə polis mayoru Şamxal Əliyev Sumqayıt Dövlət Yol polisinin rəisi təyin olunub.

Qeyd edək ki, Ş. Əliyev bu təyinata qədər Nərimanov rayon Dövlət Yol Polisi Şöbəsində baş inzibatçı işləyib.

Xəbəri Sumqayıt  şəhər Polis İdarəsindən Unikal.org-a təsdiq ediblər.

www.ann.az

Xəbər lenti