Güclü külək əsəcək (XƏBƏRDARLIQ)

Güclü külək əsəcək (XƏBƏRDARLIQ)
Azərbaycanda küləkli hava ilə bağlı xəbərdarlıq edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Ann.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 15-i gündüz və 16-da arabir güclənən cənub-qərb küləyi əsəcək.

Azərbaycanın rayonlarında yanvarın 15-16-da bəzi rayonlarda cənub-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. 


www.ann.az

Xəbər lenti