Azərbaycan UEFA reytinqində gerilədi

Azərbaycan UEFA reytinqində gerilədi

Azərbaycan UEFA reytinqində gerilədi
Avropa Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunlarından sonra UEFA-nın reytinq cədvəli açıqlanıb.

ANN.Az xəbər verir ki, Azərbaycanın cədvəldəki mövqeyidəyişib. İsrail təmsilçilərinin uğurlu çıxışı bu ölkənin reytinq xalını artırıb.
 
Beləliklə, 18,125 xalı olan israillilər əlavə göstəricilərə görə 24-cü pilləyə yüksəlib və ölkəmizi geridə qoyub. 
 
Ölkəmizin adı hazırda UEFA reytinqində 55 ölkə arasında 25-ci pillədədi. Hesabımızda 18.125 reytinq xalı var. Onun 1.500 (0.750 "Qarabağ”, 0,250 "Neftçi”, 0,250 "Keşlə”, 0,250 "Qəbələ”) xalı cari mövsümdə qazanılıb.
 
Qeyd edək ki, Azərbaycandan 1 pillə geridə olan Qazaxıstanın isə 17,500 xalı var.
 

www.ann.az

Xəbər lenti