10 ayın nəticəsi: büdcəyə nə qədər pul daxil olub?

10 ayın nəticəsi: büdcəyə nə qədər pul daxil olub?
Yanvar-oktyabr aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 5 milyard 768 milyon 165,6 min manat təşkil edib.ANN.Az nazirliyə istinadən xəbər verir ki, bu məbləğin 39,3 faizi mənfəət vergisinin, 24 faizi əlavə dəyər vergisinin, 11,7 faizi fiziki şəxslərin gəlir vergisinin, 7,4 faizi aksizlərin, 17,6 faizi isə digər vergilərin payına düşür.Hesabat dövründə qeyri-neft-qaz sektoru üzrə büdcəyə 3 milyard 88 milyon 887,6 min manat vəsait daxil olub.Eyni zamanda, yanvar-oktyabr aylarında respublika üzrə 59 min 837 vergi ödəyicisi, o cümlədən elektron qaydada 29 min 777 (49,8 faiz) vergiödəyicisi qeydiyyata alınıb.1 noyabr tarixə qeydiyyatda olan vergiödəyicilərinin ümumi sayı 529 min 313 təşkil edir ki, bu da ötən ilin həmin tarixinə qeydiyyatda olan vergiödəyicilərinin sayından 12,1 faiz çoxdur.  Bu ilin 10 ayı ərzində respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 90,4 faiz təşkil edib.ANN.Az

Tərəfdaşların xəbərləri

Xəbər lenti