Ermənistanda "Xalq məxməri inqilabı" elan edildi

Ermənistanda
Ermənistan Milli Məclisinin deputatı Nikol Paşinyan ölkədə "Xalq məxməri inqilabı"nın başlandığını elan edib.

ANN.Az Ermənistan mediasına istinadən xəbər verir ki, deputat erməni xalqını küçələrə toplaşmağa və dövlət orqanlarının fəaliyyətini iflic eləməyə çağırıb. 

Dinc aksiya keçiriləcəyini deyən Nikol Paşinyan "Oturaq aksiyalar keçirəcək, heç kimi dövlət binalarına daxil olmağa imkan verməyəcək, binalardan çıxmaq istəyənlərə isə bizə qoşulacaqları təqdirdə icazə verəcəyik" fikirlərini qeyd edib.

www.ann.az

Лента новостей