Azərbaycanın "İnterpol" xətti ilə axtarışa verdiyi şəxs Ukraynada saxlanıldı

Azərbaycanın
Azərbaycan dövlətinin "İnterpol" xətti ilə beynəlxalq axtarışa verdiyi şəxs Ukraynada saxlanılıb.

"Report"un xəbərinə görə, 1985-ci il təvəllüdlü Kamran Adıgözəlovun Azərbaycana ekstradisiya olunması istiqamətində işlər davam etdirilir.

Qeyd edək ki, K.Adıgözəlov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) maddəsi ilə axtarışda olub.

www.ann.az

Лента новостей