YUNESKO-nun yeni baş direktoru məlum olub

YUNESKO-nun yeni baş direktoru məlum olub
Fransanın siyasi xadimi, sabiq mədəniyyət naziri Odre Azule BMT-nin təhsil, elm və mədəniyyət məsələləri üzrə (YUNESKO) baş direktoru seçilib.

"Report” TASS-a istinadən xəbər verir ki, cümə günü onun namizədliyinə bu iri beynəlxalq qurumun İcraiyyə Şurasının əksər üzvləri səs veriblər.

Bildirilir ki, seçkilərin son turu zamanı şuranın 58 iştirakçı ölkəsindən 30 dövlət Azulenin namizədliyini dəstəkləyib. Beləliklə onun Qətərdən olan rəqibi – diplomat və sabiq mədəniyyət naziri Hamad bin Əbdüləziz əl-Kavari 28 səs toplamış olub.

YUNESKO-nun yeni rəhbərinin təşkilatın gələn ay keçiriləcək 39-cu baş konfransında təsdiq ediləcəyi gözlənilir. Təşkilatın tarixi boyunca Fransa təmsilçisi ikinci dəfədir ki, YUNESKO-ya baş katib seçilir. Fransadan olan ilk namizəd beynəlxalq quruma təqribən 50 il əvvəl rəhbərlik edib.

Namizədlər arasında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu olsa da, Azərbaycan öz namizədliyini son turdan əvvəl geri götürüb.
 


www.ann.az

Xəbər lenti