Yol tikintisinə 3.3 milyon manat ayrıldı

Yol tikintisinə 3.3 milyon manat ayrıldı
Prezident İlham Əliyev daha bir sərəncam imzalayıb.

Ann.az xəbər verir ki, dövlət başçısı 21 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Mehdiabad-Pirşağı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,3 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayırıb.

www.ann.az

Xəbər lenti