Yevlax xəstəxanası yandı: 4 həkim, 2 FHN işçisi zəhərləndi(FOTO/YENİLƏNİB)

Yevlax xəstəxanası yandı: 4 həkim, 2 FHN işçisi zəhərləndi(FOTO/YENİLƏNİB)
Yevlax Rayon Mərkəzi Xəstəxanasında baş verən yanğın zamanı xəstəxananın 4 əməkdaşı tüstüdən zəhərlənib.

"Report"un məlumatına görə, həmin şəxslər Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onlara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən "Report"a fakt təsdiqlənib.

"Report"un əldə etdiyi məlumata görə, yanğının söndürülməsi zamanı Fövqəladə Hallar Nazirliyinin (FHN) iki əməkdaşı da zəhərlənib. Həmin şəxslərə oksigen balonu vasitəsilə ilkin tibbi yardım göstərilib. Hazırda həmin şəxslərin vəziyyəti normaldır.
 
 
15:34 
 
Yevlax Rayon Mərkəzi Xəstəxanasındakı xəstələrin hamısı təxliyyə olunub.
"Report”un Qərb bürosunun verdiyi məlumata görə, yanğın söndürülüb. Lakin hələ də tüstülənmə qalır.
Yevlax Rayon Mərkəzi Xəstəxanasında yanğın başlayıb.

Ann.az "Report"a istinadən xəbər verir ki, yanğının hansı səbəbdən baş verməsi məlum deyil. 

Məlumata görə, xəstəxananın işçiləri və orada müalicə olunan xəstələr təxliyə edilir. 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Yevlax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunub.
 
Yevlax Rayon Mərkəzi Xəstəxanasında baş verən yanğın səbəbi ilə bütün xəstələr təxliyə edilib.

Xəstəxanadan "Report"un Qərb bürosuna verilən məlumata görə, yanğın xəstəxana binasının dam örtüyündən başlayıb: "Yanğın zamanı xəstəxananın Cərrahiyyə şöbəsinə üç xəstə əməliyyat masasında olub və həmin xəstələr dərhal təcili tibbi maşınları ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Hadisə yerinə 4 yanğın söndürəm maşın və FHN-ni və canlı quvvəsi cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində mühüm işlər görülür".
 
***
Yevlax Rayon Mərkəzi Xəstəxanasındakı xəstələrin hamısı təxliyyə olunub.

"Report”un Qərb bürosunun verdiyi məlumata görə, yanğın söndürülüb. Lakin hələ də tüstülənmə qalır.



www.ann.az

Xəbər lenti