Yerevanda növbəti etiraz aksiya keçiriləcək

Yerevanda növbəti etiraz aksiya keçiriləcək
Dünən keçirilən aksiya zamanı etirazçılarla polis arasında toqquşma baş verib
 
Martın 20-də Yerevanın Azadlıq meydanında növbəti etiraz aksiyasının keçirilməsi planlaşdırılır. "Report" Ermənistan KİV-inə isinadən xəbər verir ki, etirazçılar baş prokuror Artur Davtyanın istefası və Artur Sarkisyanın həbsə məhkum olunmuş hakimə qarşı cinayət işinin başlanılmasını tələb edirlər.
Qeyd edək ki, dünən Yerevanda aksiya zamanı etirazçılarla polis arasında toqquşma baş verib.
 
 
Xatırladaq ki, "Sasna tsrer" silahlı qruplaşmasına göstərdiyi dəstəkdə (onlara maşınla ərzaq gətirib) ittiham olunan Artur Sarkisyan martın 16-da "Ermənistan" tibb mərkəzində ölüb.
www.ann.az

Xəbər lenti