Yağışlı və qarlı hava geri qayıdır

Yağışlı və qarlı hava geri qayıdır
Oktyabrın 12-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək.

ETSN-dən ANN.Az-a verilən məlumata görə, havanın temperaturunun gecə 13-15° isti, gündüz  16-19° isti, Bakıda gecə 13-15°, gündüz  17-19° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 75-85 %, gündüz 60-70 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 9-14°, gündüz  15-20° isti, dağlarda gecə 2-6°, gündüz 6-11° isti olacağı gözlənilir.

www.ann.az

Xəbər lenti